Lerik rayonunun Piran kəndində “Şuşa İli“ nə həsr olunmuş tədbir keçirilib - Fotolar

28 Apr 2022 18:29
170

Lerik Rayon İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin və Lerik rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Piran kəndində "Şuşa İli" nə həsr olunmuş tədbir keçirilib.

Ambur.az xəbər verir ki, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Mədəniyyət Mərkəzinin direktor əvəzi Şəfahət Əliyev və mədəniyyət işçiləri, adı çəkilən kəndin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ş.Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2022-ci il "Şuşa İli" elan olunması haqqında məlumat verib.

Həmçinin, təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin yaranma tarixindən söhbət açıb və Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs edib.

Sonra digər iştirakçılar çıxışında bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə müzəffər ordumuzun sayəsində tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Rayon incəsənət ustalarının, şagirdlərin ifasında vətənpərvərlikdən bəhs edən musiqi nömrələri, şeirlər səslənərək, Piran kənd folklor evinin və Cəngəmiran kənd diyarşunaslıq evinin uşaq rəqs qrupunun çıxışları ilə tədbir davam edib.

Oxşar xəbərlər