Ötən gün Lerikdə yağan qar rayonun bir çox kəndinin yollarında problemlər yaradıb
Ambur.az -ın xəbərinə görə, güclü qarın yağmağı nəticəsində rayonun Hamarat kəndinə gedən yollar bağlanıb və yolların açılması üçün heç bir tədbir görülməyib. Kənd sakinləri əlaqədar təşkilatların fəaliyyətsizliyindən şikayət edirlər:
"Hara zəng edirik, yoxdur heç kim. Texnika yoxdur, qreyder yoxdur, traktor yoxdur...".