Lerikdə “Aprel döyüşləri - Zəfərə aparan yol“ mövzusunda tarix dərsi keçirilib

07 Apr 2022 12:52
320

Lerik rayon Heydər Əliyev Mərkəzində "Aprel döyüşləri - Zəfərə aparan yol" mövzusunda tarix dərsi keçirilib. 

Ambur.az xəbər verir ki, dərsdə şəhər məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Mərkəzin əməkdaşı Bahar Mürsəliyeva dörd günlük müharibə haqqında şagirdlərə ətraflı məlumat verərək Müzəffər ordumuzun şücaətindən bəhs edib. 

Qeyd edək ki, dərsin keçirilməsində məqsəd şagirdlərə vətənpərvərlik hissini aşılamaq, qəhrəmanlıq salnaməmizi təbliğ etmək olub.

<span>Lerikdə “Aprel döyüşləri - Zəfərə aparan yol“ mövzusunda tarix dərsi keçirilib</span><span xss=removed> </span>
<span>Lerikdə “Aprel döyüşləri - Zəfərə aparan yol“ mövzusunda tarix dərsi keçirilib</span><span xss=removed> </span>

Oxşar xəbərlər