Lerikdə avtomobil dərəyə aşıb, sürücü ağır yaralanıb

17 Okt 2021 20:33
601

Lerik rayonunda ağır yol qəzası baş verib.

Ambur.az “Report”-a istinadən xəbər verir ki, hadisə Lerik rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qələbin kənd sakini, 1984-cü il təvəllüdlü Rafael Məmməd oğlu Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Nəticədə nəqliyyat vasitəsinin sürücüsü ciddi xəsarət alıb.

Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılib. R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər