Lerikdə Bayraq günü və Şuşanın azad olunması ilə əlaqədar aksiya keçirilib- FOTO

09 Noy 2020 15:26
471

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabını ziyarət etdikdən sonra Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasını Azərbaycan xalqına bəyan edib.

Ambur.az xəbər verir ki, bu gün həm Şuşanın azad olunması, həmdə 9 noyabr Bayraq günü ilə əlaqədar Lerik rayonunda da bu qələbə sevinci təmtəraqlı şəkildə keçirilib.

Bu barədə Lerik rayon deputatı İqbal Məmmədov özünün "Facebook" hesabında məlumat verib:

"Bayraq günü və Şuşanin azad olunması ilə əlaqadar Lerikdə aksiya yürüş kecirildi. Bayraq, müstəqilliyimizin şüphəsiz olaraq ən birinci simvoludur.Bayrağı parça olmaqdan çıxaran və müqəddəs edən onun mənəvi dəyəridir.Bayrağımızı sonsuz sevməli və əbədi qorumaq üçün bütün fədakarlıqları göstərməliyik.Hər birinizin bayramını ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm".

Oxşar xəbərlər