Lerikdə “Çempionumuz“ layihəsi çərçivəsində lerikli idmançının məktəblilərlə görüşü keçirilib- Foto

06 Okt 2021 11:06
215

Oktyabrın 4-də Lerik rayonunun Piran kənd tam orta məktəbində "Çempionumuz" layihəsi çərçivəsində lerikli idmançı Füqan Əliyevlə məktəblilərin görüşü keçirilib

Ambur.az bildirir ki, bu barədə Lerik Rayon Gənclər və İdman İdarəsinin "Facebook" səhifəsində paylaşılıb.

Qeyd olunub ki, tədbirdə Füqan Əliyevin keçdiyi idman yolunu əks etdirən videoçarx nümayiş olunub. Füqan Əliyev özü haqqında tədbir iştirakçılarına məlumat vermiş, iştirakçıların suallarını cavablandırılıb. Tədbirin sonunda Füqan Əliyev məktəblilərlə şəkillər çəkdirmiş, onun haqqında idarə tərəfindən hazırlanmış xatirə şəkillərini imzalayaraq məktəblilərə təqdim edilib.

Füqan Mehman oğlu Əliyev 2001-ci ildə Lerik rayonunun Piran kəndində anadan olub. 2011-ci ildən Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən “Zirvə” İdman Klubunda ağır atletika ilə məşğul olmağa başlayıb.  2012-ci ildə Lənkəran şəhərində keçirilmiş ağır atletika üzrə zona yarışında 35 kq çəki dərəcəsində III yeri qazanıb. 2015-ci ildən ağır atletika üzə Azərbaycan Milli yığma komandasına cəlb olunub. 2016-cı ildə Polşada keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medal qazanıb. 2017-ci ildə Tailandda keçirilən Dünya çempionatında 62 kq çəki dərəcəsində İdman Ustası normativini ödəyib. 2018-ci ildə İtalyada keçirilən Avropa çempionatında 69 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2016, 2018, 2019 və 2020-ci illərdə keçirilmiş Ağır atletika üzrə Azərbaycan çempionatlarının qızıl mükafatçısıdır.

Oxşar xəbərlər