Lerikdə düşmənin 12 tankını məhv edən şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib

09 Okt 2021 19:01
210

Bu gün Lerikdə Vətən müharibəsi şəhidi, Divizyon Qərərgah rəisi, mayor Ramil Ağayevin anım mərasimi keçirilib

Ambur.az bildirir ki, mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edərək, şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı veriblər. Şəhidin məzarı ziyarət olunub, məzarı üstündə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.

Mərasimdə şəhid Ramil Ağayevin təltif edildiyi “Cəbrayılın azad olunmasına görə”  medalı şəhidin qızına təqdim edilib.

Qeyd edək ki, Ramil Mərdan oğlu Ağayev 20 dekabr 1984-cü ildə Lerik şəhərində anadan olmuşdur. 1990-cı ildə Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbinin birinci sinifinə daxil olmuş və 2001-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sənədlərini vermiş və imtahandan keçə bilməmişdir. 2002-ci ildə yenidən sənədlərini verərək imtahandan keçmiş və Raket və Artilleriya Qoşunları və Artilleriya ixtisasını oxumuş və 26 iyun 2006-cı ildə həmin məktəbi başa vurmuşdur. Ramil 2006-cı ildə ailə həyatı qurmuş və işi ilə əlaqədar uzun müddət kirayə qalmışdır. 2013-cü ildə Sumqayıt şəhərində ev almış və ailəvi olaraq ora köçmüşdür.

2016-ci ilin "Aprel döyüşləri"ndə göstərdiyi xüsusi qəhramlığına görə 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən kapitan Ramil Ağayevə vaxtından əvvəl mayor rütbəsi verilir.

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Divizyon Qərərgah rəisi, mayor Ağayev Ramil döyüşə qatılır, Cəbrayılın alınmasında xüsusi qəhrəmanlıq göstərir. Mayor Ramil Ağayev daim öndə vuruşmuş, dəfələrlə öz həyatını təhlükəyə ataraq düşmən nəzarətində olan yaralı hərbiçilərimizi çıxarmaqla onların həyatını xilas etmiş, şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni etmişdir.

Düşmənin 12 tankını məhv etmiş, sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmiş igid komandir Ağayev Ramil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Ramil şəhid olmamışdan öncə ailəsinə "əgər mən şəhid olsam, məni doğulub boya-başa çatdığım Lerik şəhərində torpağa tapşırarsınız" -vəsiyyətini etmişdi. Bəli, elə də oldu. Qəhrəman şəhidimizin nəşi öz vəsiyyəti ilə 9 oktyabr 2020-ci ildə doğulub-boya başa çatdığı Lerik şəhərinə gətirilir və orada torpağa tapşırılır. 2 qız övladını- 2007-ci il doğumlu Aysu və 2008-ci il doğumlu Zəhranı xalqımıza əmanət qoyur.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Divizyon Qərərgah rəisi, mayor Ramil Mərdan oğlu Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və  "Vətən uğrunda" medalları ilə təltif edilib. Bundan öncə isə o, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin.

Lerikdə düşmənin 12 tankını məhv edən şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib
Lerikdə düşmənin 12 tankını məhv edən şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib
Lerikdə düşmənin 12 tankını məhv edən şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib
Lerikdə düşmənin 12 tankını məhv edən şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib
Lerikdə düşmənin 12 tankını məhv edən şəhid mayor Ramil Ağayevin anım mərasimi keçirilib

Oxşar xəbərlər