Lerikdə “Əbədiyyət yolçuları”nın təqdimat mərasimi keçirilib

15 İyl 2021 13:50
167

İyulun 14-də Lerik rayon mədəniyyət evində gənc yazar şair Xalid Mahmudun Lerik şəhidlərinə həsr etdiyi "Əbədiyyət yolçuları” ensiklopedik kitabın təqdimatı baş tutub.

Ambur.az xəbər verir ki, bu barədə müəllif özü məlumat yayıb.

O bildirib ki, kitabda I və II Qarabağ savaşlarında Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn 213 şəhidin döyüş yolundan bəhs edilir.

Təqdimatda Lerik Rayon İcra Aparatının, ictimaiyyətin nümayəndələri, şəhid valideynləri və ailə üzvləri iştirak edib.

Xalid Mahmudun verdiyi məlumata görə, təbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru, jurnalist Hüsaməddin Abbasov açıb və şəhidlərin ruhu bir dəqiqə sükutla yad edilib: "Hüsaməddin Abbasov 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun zəfər yolundan, Azərbaycan xalqının mətanətindən danışdı".

Bundan sonra Abbasov Lerik şəhidlərindən bəhs edən "Əbədiyyət yolçuları” kitabının müəllifi şair-publisist Xalid Mahmudun yaradıcılığı barədə tədbir işrirakçılarına geniş məlumat verib.

Tədbirdə AYB-nin üzvü, "Mars” ədəbi-publisistik jurnalının baş redaktoru Ağacəfər Həsənli, şəhid atası, yazıçı Mükafat Yaqublu, Lerik Bələdiyyəsinin sədri, yazıçı Balaşirin Nəsirov, rayon ağsaqqalı Hidayət Bəşirov, şəhid qardaşı, xeyriyyəçi Mübariz Hacıyev, şəhid Çingiz Babayevin anası, "Əbədiyyət yolçuları” kitabının sponsoru, I Qarabağ müharibəsi qazisi Elxan Əlibəyli, Lerik İcra başçısının müavinləri Habil Məlikov və Arzu xanım Vəliməmmədova və başqaları çıxış ediblər.

Xalid Mahmud çıxışında Lerik şəhidlərindən bəhs edən ilk kitabın müəllifi İdris Şükürlünün fəaliyyətini də xüsusi vurğuladığını deyir.

O tədbir iştirakçılarına yaradılan imkana görə təşəkkür edib: "Əbədiyyət yolçuları” kitabının ərsəyə gəlməsində maliyyə dəstəyi verən qazi Elxan Əlibəyliyə və onun xanımına, mənəvi dəstək üçün Mübariz Hacıyevə, təqdimatın keçirilməsində dəstək olan Lerik İcra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevə, müavinlərdən Habil müəllimə, Arzu xanıma, bələdiyyə sədri Balaşirin müəllimə, Hüsaməddin müəllimə, Mükafat Yaqubluya, Ağacəfər Həsənliyə və başqa çıxış edənlərə, iştirakşılara təşəkkür edirəm".

Xalid Mahmud AYB-nin üzvü, Prezident mükafatçısı, "Məmməd Araz mükafatı” laureatı bir neçə şeir və ədəbi-tənqidi, bədii-publisistik kitabların müəllifidir.

Oxşar xəbərlər