Lerikdə icra başçısı rayonun Bürsülüm kəndində səyyar görüş-qəbul keçirib - Fotolar

04 Avq 2022 20:34
148

Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov 04 avqust 2022-ci il tarixində Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bürsülüm, Ləkər, Vov, Vənədi, Nosovyədi, Zeynəko, Bobla və Ancəqov kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.

Ambur.az xəbər verir ki, səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.

Lerik rayon İcra Hakimiyyəti başçısının Bürsülüm  kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək Bürsülüm kənd inzibati ərazi dairəsinin kəndləri və ərazidə görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verib.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayıb və bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Rayon rəhbəri Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri barədə də görüş istirakçılarını məlumatlandırıb.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Bürsülüm kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şiriyev Rəşad Rasim oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edib, şəhidin babası ilə səmimi söhbət edərək, problemləri ilə maraqlanıb.

Oxşar xəbərlər