Lerikdə icra başçısı rayonun Conu kəndində səyyar görüş-qəbulu keçirib - Fotolar

02 Sen 2022 15:42
226

29 iyul 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Tülüconu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Conu, Hübi, Qəvoy, Qışlaq, Loda, Vıjaker, Vılık və Tülü kəndlərinin sakinləri ilə səyyar görüş-qəbul keçirib. 

Ambur.az xəbər verir ki, səyyar görüş-qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.

Rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov vətəndaşlarla görüşdə bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar əsas məqsəd yerlərdəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Natiq son illərdə respublikada və rayonumuzda görülən işləri diqqətə çatdırıb, mövcud problemlərin həlli ilə bağlı rayon icra hakimiyyəti tərəfindən görülən işləri qeyd edib. 

Səyyar görüş-qəbulda vətəndaşlar bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirib. Səsləndirilən hər bir təklif və şikayətlərin araşdırılması və icrasına nail olmaq məqsədilə görüləcək tədbirlər qeyd olunub, müvafiq qurumların rəhbərlərinə tapşırıq və tövsiyyələr verilib. 

Sonra rayon icra başçısı Vıjaker kəndində I Qarabağ Müharibəsində şəhid olmuş Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa olunmuş bulaq kompleksini ziyarət edib.

Oxşar xəbərlər