Lerikdə icra başçısı rayonun Hamarat kəndində səyyar görüş-qəbul keçirib - Fotolar

12 Avq 2022 07:02
147

11 avqust 2022-ci il tarixində Lerik ayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun Hamarat kəndində Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstər, Hamarat, Bradi və Dızdipok kəndlərinin sakinləri ilə səyyar-görüş keçirib.

Ambur.az xəbər verir ki, səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edib.

Lerik rayon İcra Hakimiyyəti başçısının Dəstər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək Dəstər kənd inzibati ərazi dairəsinin kəndləri və ərazidə görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verib.

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamlayıb və bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların həllini təmin etməkdir.

Sonra rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunub və müvafiq qurumlara tapşırıqlar verilib.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Piran, Hovil və Vov kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cabbarov Vidadi Cəbrayıl oğlunun, İbrahimov İmaməli Elman oğlunun və Hüseynov Samir Əlizadə oğlunun xatirəsinə inşa edilmiş bulaq komplekslərini ziyarət edib və bulaqların önünə gül dəstələri düzüb.

Oxşar xəbərlər