Lerikdə icra başçısı şəhid ailələri ilə görüş keçirib - Fotolar

30 İyl 2022 17:25
117

30 iyul 2022-ci il tarixində rayon icra hakimiyyətinin inzibati idarə binasında rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonda yaşayan şəhid ailələrinin bir qrupu ilə görüş keçirib.

Ambur.az xəbər verir ki, görüşdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov onlara başsağlığı verib və səbr diləyib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. I Qarabağ və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan rayon icra hakimiyyətinin başçısı bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Şəhid ailələrinə dövlət tərəfindən daim dəstək göstərilir, onlara mənzillər, minik avtomobilləri verilir.

Görüşdə iştirak edən şəhidlərin valideynləri övladlarının keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşüb.

Rayon rəhbəri görüşdə şəhid ailələrinin problemləri və onları narahat edən məsələləri dinləyib. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib.

Lerikdə icra başçısı şəhid ailələri ilə görüş keçirib - Fotolar
Lerikdə icra başçısı şəhid ailələri ilə görüş keçirib - Fotolar
Lerikdə icra başçısı şəhid ailələri ilə görüş keçirib - Fotolar
Lerikdə icra başçısı şəhid ailələri ilə görüş keçirib - Fotolar

Oxşar xəbərlər