Lerikdə işıq dirəkləri əhali üçün təhlükəyə çevrilib - ŞİKAYƏT -Fotolar

30 Okt 2021 00:43
273

Lerik rayonu Orand kənd icra nümayəndəsinin müavini Vaqif Cənnətov redaksiyamıza şikayət ünvanlayıb. O, "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlunun ötən gün saytımıza verdiyi açıqlamadan narazılığını bildirib. Şikayətçi bildirir ki, kəndin işıq problemi ilə bağlı “Azərişıq” ASC-yə dəfələrlə müraicət etsələr də, müraciətə baxan olmayıb. 

Ambur.az Redaktor.az-a istinadən xəbər verir ki, "“Azərişıq” verdiyi açıqlama ilə Lerik rayon Orand kənd sakinlərinə böhtan atır. Kənddə işıq dirəklərinin bərbad vəziyyətdə olması ilə bağlı mart ayından bu günə kimi dəfələrlə “199” çağrı mərkəzinə müraciət etmişəm. İşıq dirəklərinin yararsızlığı nəticəsində şəxsi təsərrüfatımda heyvanı “tok” vurub öldürüb. Bu məsələ ilə bağlı prokurorluğa müraciət etmişəm. Dirəklərin şəklini çəkib məktubla göndərmişəm. İndi "Azərişıq" bizi böhtan atmaqda günahlandırır? Əgər böhtan atırıqsa, gedək ərazidə işıq dirəklərinə baxış keçirək. Əgər böhtan atırıqsa, tam məsuliyyətimizlə qanun qarşısında cavab verməyə hazırıq. Əgər "Azərişıq" bizə böhtan atırsa onlar məsuliyyətə cəlb olunsun”.

İcra nümayəndəsinin müavini bildirir ki, Orand kəndi böyük kənddir və orada üç böyük transformator var. Onlardan yalnız biri dörd il əvvəl sim kabelləşdirilib:
“Əksər sakinlər 20 manat, 50 manata yaxın işıq pulu ödəyir. Amma elələri var ki, 1 manat işıq pulu ödəyir. Onlar sayğac olsa da, qeyri-qanuni üsullarla bu pulu ödəmirlər. Niyə həmin adamlar nəzarətə götürülüb yoxlanılmır? Vaqif Aydınoğlu araşdırırsa, belə qaranlıq məsələləri araşdırsın. Araşdırılma aparılsın görək sakinlərin işığı hansı borca görə kəsilib? Kənddə 150-yə yaxın abonent var. Niyə görə iki transformatr kabelləşdirilmir, hansı marağa görə? Sınıq dirəklər niyə təmir olunmur? Vaqif Aydınoğlu sizin sayta göndərdiyimiz şəkillərə baxsın, görsün kim kimə böhtan atır... Kənd sakinlərinin heyvanlarını "tok" vuraraq öldürür, örtbasdır edirlər. Çox maraqlıdır, insan ölümü olsa, nə edərlər?”

Oxşar xəbərlər