Lerikdə külək şəhidin məzarını dağıdıb - VİDEO

28 Dek 2021 21:59
565

Bu gün Lerikdə külək şəhid Əhmədov Turalın məzarını dağıdıb.

Ambur.az-ın xəbərinə görə, müşahidə olunan külək rayonun Ambu kəndində şəhid çavuş Əhmədov Tural Əkrəm oğlunun məzarına ciddi ziyan vurub. Videogörüntüdən də məlum olur ki, şəhidin məzar daşı küləyin təsirindən bir neçə yerə bölünüb.

Qeyd edək ki, çavuş Əhmədov Tural Əkrəm oğlu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2021-ci il dekabr ayının 4-də “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası almışdı. Onun təxliyyəsi üzrə dərhal tədbirlər görülsə də, həyatını xilas etmək mümkün olmamışdı.

Oxşar xəbərlər