Lerikdə market sahibi “Avropa Nəşr Mətbuat Evi“ tərəfindən mükafatlandırılıb - Foto

20 İyn 2021 13:16
407

Lerikdə "Firudin" marketin sahibi "Avropa Nəşr Mətbuat Evi" tərəfindən mükafatlandırılıb.

Ambur.az xəbər verir ki, Lerikdə fəaliyyət göstərən "FİRUDİN" marketin sahibi İqbal Ehram oğlu Musayev 44 günlük II Qarabağ müharibəsində Azərbaycan Milli Ordusuna göstərdiyi yardıma, şəhid, qazi ailələrinə, müharibə iştirakçılarına diqqət və qayğısına, torpağına-vətəninə sonsuz sevgisinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına göstərdiyi xidmətlərinə görə "Avropa Nəşr Mətbuat Evi" tərəfindən ƏN YAXŞI VƏTƏNPƏRVƏR QIZIL MEDALI və Diplomu ilə mükafatlandırılıb.

Xatırladaq ki, II Qarabağ bitəndən qısa müddət sonra İqbal Musayev özünün şəxsi təşəbbüsü ilə marketinin qarşısında I və II Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğruda şəhid olmuş lerikli qəhrəmanların xatirəsini əbədiləşdirmək məqsədilə onların şəkillərini marketin girişinə vurmuşdu https://ambur.az/lerikde-market-sahibi-sehidlerin-xatiresini-ebedilesdirib .

Oxşar xəbərlər