Lerikdə məktəbli qızlar üçün “Fantastik Dördlük“ adlı təlim keçirilib

11 Yan 2022 18:03
150

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lerik nümayəndəliyinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin, "Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi" və “Azərbaycan Qadını Elmdə" təşkilatlarının birgə tərəfdaşlığı çərçivəsində 13-18 yaşlı məktəbli qızlar üçün nəzərdə tutulmuş “Fantastik Dördlük“ adlı təhsil layihəsi çərçivəsində regional seminarlar keçirilib.

Ambur.az-ın xəbərinə görə, tədbirdə rəsmi nümayəndələr çıxış edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbənin gənc nəslin dövlətinə, ölkəsinə nə qədər dərin duyğularla bağlı olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildiriblər.

Daha sonra məktəblilərin iştirak etdiyi təlimdə insan hüquqları, ixtisas seçimi layihələrinin yazılması, həmçinin gənclər üçün hüquq və azadlıqlarının qorunması, keyfiyyətli təhsil, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması kimi psixoloji təlimlər həyata keçirilib. Sonda şagirdləri maraqlandıran bir çox suallar cavablandırılıb.

Qeyd edək ki, seminarlar Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA Azerbaijan) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində təşkil edilir.

Oxşar xəbərlər