Lerikdə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

22 Dek 2021 17:49
421

22 dekabr 2021-ci il tarixində Lerik rayon Mədəniyyət Mərkəzində Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizaminin söz işığında” ədəbi musiqili tədbir keçirildi.

Ambur.az-ın məlumatına görə, tədbirdə Nizaminin həyatı və zəngin yaradıcılığı barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon ziyalısı Hüseynbala Əliyev və Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov ətraflı məlumat verdilər.

Proqramın  bədii hissəsində Çayrud uşaq musiqi məktəbinin müəllimi Fikrət Nuriyev, Lerik uşaq incəsənət məktəbinin müəllimi Səyyad Əhədov, Lerik uşaq incəsənət məktəbinin xor kollektivi, Lerik rayon Mədəniyyət Mərkəzinin metodisti İsmayıl Məmmədov dahi Nizami Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar və muğamlar ifa etdilər. Bədii qiraətçi Valid Məmmədov, Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov Nizami Gəncəvinin qəzəllərindən ibarət kompozisiya nümayiş etdirdilər. Nizami Gəncəvinin həyatı haqqında Lerik rayon Mədəniyyət Mərkəzinin dram dərnəyi üzvləri Pərviz Ağaxanlı, Bahar Mürsəliyeva və Ruslan Məmmədovun hazırladıqları səhnəcik tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Tədbirdə Lerik uşaq incəsənət məktəbinin müəllimləri Teymur Rzayev və Araz Qafarov muğam ifaçılarını məharətlə müşaiyət etdilər.

Bu ümumrayon tədbiri ilə “Nizami ili” çərçivəsində keçirilən silsilə tədbirlərə yekun vuruldu.

Oxşar xəbərlər