Lerikdə qadını qətlə yetirən molla başqa rayondan imiş

03 May 2021 21:24
113

Aprelin 28-də Lerik rayonun Barzavu kəndində yaşayan 1981-ci il təvəllüdlü Zəkifə Feyruz qızı Fərziyevanın yaşadığı evində qətlə yetirilməsi ilə bağlı təfərrüatlar məlum olub.

Ambur.az bildirir ki, qətlə yetirən qadının yaxınlarının Trend-ə verdiyi məlumatına görə, Z. Fərzəliyevanı öz qohumu qətlə yetirib: "1971-ci il təvəllüdlü Mürad Əsgərov qadının evinə əvvəllər də hücum edərək onunla cinsi əlaqədə olmağa cəhd edibmiş. Lakin onun cəhdi alınmayıb. Z. Fərzəliyeva 3 uşaq anasıdır, bir oğlu həqiqi hərbi xidmətdədir, bir oğlu isə Bakıda işləyir. Qadının bir oğlu isə onun yanında qalırmış. Z.Fərzəliyevanın həyat yoldaşı isə mövsümi işlə bağlı Rusiyada işləməyə gedib.

Hadisə baş verən gün Murad Əsgərov kənd ərazisində özünə məxsus torpaq sahəsində işləyərkən Z.Fərzəliyevanın oğlunun meşəyə odun yığmağa getdiyini görüb. Fürsətdən istifadə edən M.Əsgərov qadının evdə tək olduğunu bilib və onun evinə gedib. Evə daxil olan M.Əsgərov cibindəki bıçaqla qadını qorxudaraq onunla cinsi əlaqədə olmasını tələb edib. Qadın qışqıraraq evdən qaçmağa cəhd edərkən M.Əsgərov onu boğazından tutmaq istəyib, bu vaxt bıçaq qadının boğazına batıb. Qadına xəsarət yetirdiyini görən M. Əsgərov işin üstünün açşılacağını düşünüb və bu məqsədlə də qadını qətlə yetirərək izi itirmək istəyib. Bu məqsədlə M.Əsgərov yaralı qadına ürək və boğaz nayihəsindən 7 bıçaq zərbəsi endirərək onu xüsusi amansızlıqla qətlə yetirib hadisə yerindən qaçıb".
Qohumlarının dediyinə görə, M.Əsgərov qətlə yetirdiyi qadının qohumudur: "Zəkifə Muradın qardaşının baldızıdır və Muradın qardaşıgil Şirvan şəhərində yaşayır. Murad özü də Şirvan şəhərində yaşayıb və son 15 ildə Lerik rayonuna köçüb. Kəndə köçəndən Murad kənd qəbirstanlığında yasin oxumaqla pul qazanırmış".
Məlumata görə. qətl hadisəsinin üstünü də azyaşlı uşaq açıb: "Murad əlləri qanlı baldızıgilin həyətyanı sahəsinə gəlib əlləri və üstündəki qan izlərini yuyanda baldızının 5 yaşlı oğlu onu görüb. Uşaq axşam saatlarında evdə olarkən valideynlərinə məlumat verib ki, Murad əlləri və üstü qanlı halda onların həyətinə gəlib yuyunub. Bundan sonra hadisənin üstü açılıb və ailə polisə məlumat verib". 

Polis uşaqla söhbət aparandan sonra Murad Əsgərov şübhəli şəxs qismində saxlanılıb. O polisə hadisəni törətdiyini etiraf edib. Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri də Lerik rayonunda baş verən qətl hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Lerik rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.
"Aprelin 28-də saat 16 radələrində Lerik rayonunun Barzavu kənd sakini 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin mərhumun həmkəndlisi 1972-ci il təvəllüdlü Əsgərov Murad Gülbaba oğlu tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib.  Murad Əsgərov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, hadisə yerində ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı cinayətin törədilmə mexanizmini əyani olaraq göstərib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir",-hüquq-mühafizə orqanları bildirir.

Oxşar xəbərlər