Lerikdə şəhid ailələri ziyarət edilib - Qurani-Kərim hədiyyə edilib -Fotolar

03 Sen 2021 05:57
616

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarəti davam etdirilir.

Ambur.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli özünün "Facebook" hesabında paylaşıb.

Həyata keçirilən layihə çərçivəsində sentyabrın 1-də Lerik rayonu Orand kəndində şəhidlərimiz Natiq Mirhüseynov və İdrət Əbdülovun ailəsi ilə görüşlər keçirilib, Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Lerik rayonu Orand kənd məscidində din xadimi Səməd Rəhimov və kənd sakinləri iştirak edib. Allah şəhidlərimizə rəhmət eləsin.

Oxşar xəbərlər