Lerikdə şəhid ailələri ziyarət edilib - Fotolar

15 Sen 2021 15:06
142

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə vətən müharibəsi şəhidlərinin ailələrinə ziyarət davam etdirilir. 

Ambur.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli özünün "Facebook" hesabında paylaşıb:

Həyata keçirilən layihə çərçivəsində sentyabrın 14-də Lerik rayonu Mistan kəndindən olan, lakin, Lerik şəhərində yaşayan şəhidimiz Çingiz Babayevin və Lerik rayonu Çayrud kəndindən olan şəhid Hüseynov Cavadın ailəsi ilə görüş keçirilib, Qurani-Kərim və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub.Eyni zamanda Çayrud kəndindən olan şəhid Həmidli Cavanşirin də müqəddəs məzarı ziyarət edilmişdir. Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli və Səyyad Babakişiyev, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Lerik rayon İcra hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı İskəndər Tahirli, Mondigah kənd məscidi dini icmasının sədri və məscidin imamı Mədət Abdullayev, Rvarud kənd məscidi dini icmasının sədri İlqar Babayev, Çayrud kənd məscidi dini icmasının sədri Samir Kelbiyev iştirak etmişlər. Allah şəhidlərimizə rəhmət eləsin!

Oxşar xəbərlər