Lerikdə şəhid atası vəfat etdi - VİDEO

14 İyn 2022 08:45
246

Lerik rayonunda Vətən Müharibəsi şəhidi Ağacəfərli Ağamidin atası vəfat edib.

Ambur.az xəbər verir ki, bu gün şəhid Ağacəfərli Ağamidin atası Adıgözəlov Şirzaid vəfat edib. Mərhum uzun müddət müəllim vəzifəsində işləyib.

Qeyd edək ki, Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olmuşdur. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Orta təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətə yola düşmüş və 2015-ci ilin iyul ayında isə xidmətini başa vuraraq geri qayıtmış, Bakıda bərbər işləməyə başlamışdır. 2020-ci il 27 sentyabrdan etibarən başlanən Vətən müharibəsində müharibədə iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibədə iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. 26 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılır. 

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Allah hər ikisinə rəhmət eləsin!

Oxşar xəbərlər