Lerikdə şəhid Gündüzün doğum günü qeyd edilib - Foto + Video

18 İyl 2021 14:52
182

Bu gün şəhid Gündüz Əliyevin doğum günü qeyd olunub.

Ambur.az xəbər verir ki, bu gün şəhid Gündüz Etibar oğlu Əliyevin doğum günü qeyd edilib. Şəhidin yaxınları, kənd sakinləri  şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və məzarı üstünə gül dəstələri qoyublar. Qeyd edək ki, Gündüz 18 iyul 2001-ci ildə (doğum haqqında şəhadətnamədə 08 fevral 2002 qeyd olunub) Lerik rayonunun Loda kəndində anadan olub.
Birinci sinifdən dördüncü sinfə kimi Loda kəndində oxuyan Gündüz təhsilini Lerik rayon Vılıq kəndinə davam edir və 9-cu sinfə kimi orada oxuyur, daha sonra Astara rayonunun Toradi kəndinə təhsilini davam etdirməyə gedir və 10-11-ci sinifləri orada oxuyur. 

Orta təhsilini başa vurduqdan sonra 08 may 2020-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınır. "Tovuz" döyüşlərinin iştirakçısı olan qəhrəman Gündüz II Qarabağ müharibəsində də böyük həvəslə iştirak edir. Şiddətli döyüşlər gedən zaman, yaralı əsgər yoldaşlarını döyüş zonasından çıxarmaqla, düşmənə sarsıdıcı zərbələr endirməklə və xeyli sayda vanlı qüvvəsini məhv etməklə adını tarixə yazır. 30 sentyabrda Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Loda kəndinə gətirilərək, kənd qəbiristanlığımmda torpağa tapşırılır. 

Gündüz döyüşə getməmişdən öncə anasına bir məktub yazır: 
"Məndə əsgər oldum Azərbaycana
yolumu gözlə gələcəm
 Ana şəhid olsam 
qəbrim üstə ağlama 
bayramlarda bayram payı saxlama
yolumu gözlə gələcəm ana
gəlib göz yaşını siləcəm ana".

Ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.

Video: https://youtu.be/u1avaY4yKL4

Oxşar xəbərlər