Lerikdə şəhid Mövlanov qardaşlarının adına olan bulağın açılışı olub - FOTO

05 Avq 2021 18:26
532

Bu gün Lerikdə şəhid Mövlanov Elgün və Altay qardaşlarının adına bulağın açılışı olub.

Ambur.az xəbər verir ki, II Qarabağ müharibəsinin şəhidi -MAXE Mövlanov Altayın doğum günü ilə əlaqədar Lerik rayonunda Ümumilli Lider Heydər Əliyevin ən yaxın dostarından biri olan Çoban Xanişin nəvələri şəhid Mövlanov Elgün və Altay qardaşlarının adına bulağın açılışı olub. Tədbirdə rayon icra aparatının nümayəndəliyi, şəhidin yaxınları, valideynləri, dostları, tanışları iştirak edib. 

Qeyd edək ki, Elgün Tahir oğlu Mövlanov 02 aprel 2002-ci ildə Lerik şəhərində anadan olmuşdur. 2 qardaş və 2 bacı olmaqla ailədə 6 nəfər olublar. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində alıb. 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsinin fəal iştirakçısı olan Elgün Mövlanov Talış kəndi uğrunda gedən şiddətli döyüşlərdə 29 sentyabrda qəhrəmancasına şəhid olub. Bu ərəfədə ondan iki il böyük olan qardaşı Altay da müddətdən artıq hərbi xidmətdə olur və qardaşı Elgünün döyüş yoldaşlarından biri olub. 

Altay 05 avqust 2000-ci ildə Lerik şəhərində anadan olmuşdur. Həmçinin Altay da orta Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra, 3 oktyabr 2019-cu ildə hərbi xidmətə yola salınıb. Xidmətini 20 aprel 2020-ci ildə başa vurduqdan sonra evinə qayıdır. Altay qısa müddət evdə, ata-anasının yanında qaldıqdan sonra, avqust ayının 26-da müddətdən artıq xidmət etmək fikrinə gəlib və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etməyə başlayıb. Müharibə başladığı ilk gündən Altay hərbi hissədən müharibəyə göndərilib. Bir ay şiddətli döyüşdə qəhrəmanlıq göstərərək düşmənə qan udduran, xeyli sayda canlı qüvvəsini məhv edən Altay da 29 oktyabr tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 30 oktyabrda Lerik rayonuna gətirilərək, qardaşı Elgünün məzarı yanında torpağa tapşırılıb. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Elgün Tahir oğlu Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Altay isə "Vətən uğrunda" və "Füzlinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah qəhrəman şəhid qardaşlara rəhmət eləsin. Vətən sağ olsun. 

Daha ətraflı: https://ambur.az/ana-men-de-boyuyende-valeh-muslumovun-yolunu-gedecem-sehid-olacam

<span>Lerikdə şəhid Mövlanov qardaşlarının adına olan bulağın açılışı olub -</span><span xss=removed> FOTO</span>

Oxşar xəbərlər