Lerikdə şəhidin dəfn mərasimi keçirilib - Fotolar

13 Sen 2022 19:31
360

Lerikdə şəhidin dəfn mərasimi keçirilib.

Ambur.az ''Report"a istinadən xəbər verir ki, rayonun Əvilə kəndində doğulub boya başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Şəmistan Əbdülağa oğlu Sadıqov doğulduğu kənddə torpağa tapşırılıb.

Şəhidin cənazəsini gətirən avtomobil karvanı yolboyu sakinlər tərəfindən üçrəngli bayraqlarla müşayiət olunub. Dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib, şəhidin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Ş.Sadıqov ötən gecə düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub.

<span>Lerikdə şəhidin dəfn mərasimi keçirilib -</span><span xss=removed> Fotolar</span>
<span>Lerikdə şəhidin dəfn mərasimi keçirilib -</span><span xss=removed> Fotolar</span>

Oxşar xəbərlər