Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar

05 Avq 2022 18:38
71

05 avqust 2022-ci il tarixində Lerik şəhərində şəhid Altay Mövlanovun doğum günündə rayon icra hakimiyyətinin başçısı tərəfindən şəhidin ailəsi ziyarət edilib.

Ambur.az xəbər verir ki, öncə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhər sakinləri ilə birlikdə şəhidin məzarını, Lerik şəhərində Elgün və Altay Mövlanov qardaşlarının əziz  xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət edərək, üzərinə güllər düzüb.

Sonra rayon icra hakimiyyəti başçısı Ə.Abbasov şəhidin ailəsini ziyarət edib, onların problemləri  ilə maraqlanıb.

Qeyd edək ki, Altay 05 avqust 2000-ci ildə Lerik şəhərində anadan olmuşdur. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində almışdır. 3 oktyabr 2019-cu ildə hərbi xidmətə yola salınır. Xidmətini 20 aprel 2020-ci ildə başa vurduqdan sonra evinə qayıdır. Həmin ilin avqust ayının 26-da müddətdən artıq xidmət etmək fikrinə gəlir və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etməyə başlayır. Müharibə başladığı ilk gündən Altay hərbi hissədən müharibəyə göndərilir. Həmin ərəfədə Altayın kiçik qardaşı Elgün də müddətli həqiqi hərbi xidmətdə olur və döyüşdə iştirak edir. Altaya "qardaşın Elgün şəhid olub, səni onunla bağlı məzuniyyətə buraxırırıq" -deyəndə, Altay "mən qardaşımın qisasını almayınca qayıdan deyiləm" -cavabını verərək döyüşə davam edir. Bir ay şiddətli döyüşdə qəhrəmanlıq göstərərək düşmənə qan udduran, xeyli sayda canlı qüvvəsini məhv edən Altay da 29 oktyabr tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi 30 oktyabrda Lerik rayonuna gətirilərək, qardaşı Elgünün məzarı yanında torpağa tapşırılır.

Hətda Altay birinci sinifdə oxuyanda, əlifba bayramında şəhid Valeh Müslümovun şəklini görür, gəlib anasından "ana, Valeh Müslümov niyə qəhrəman adlandırılır?" -soruşanda, anası "Oğlum, çünki o Vətən uğrunda qəhrəmancasına şəhid olub və ona Milli Qəhrəman adı verilib" -cavabını verir. Altay "Ana, mən də böyüyəndə Valeh Müslümovun yolunu gedəcəyəm, şəhid olacağam" -cavabını verir. Sanki bu qəhrəmanların ürəyinə danmışdı ki, nə vaxtsa şəhid olacaqlar. Bundan əlavə Elgün hərbi xidmətə getməmişdən bir neçə gün öncə Milli Qəhrəman, şəhid Valeh Müslümovun məzarını ziyarət edər və orada şəkillər çəkər. Bundan əlavə Milli Qəhrəman, şəhid Mübariz İbrahimov haqqında özü üçün şəkillər və videolar da hazırlamışdı.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Elgün ölümündən sonra "Vətən uğrunda" medalı ilə, Altay isə "Vətən uğrunda" və "Füzlinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah qəhrəman şəhid qardaşlara rəhmət eləsin!

Şəhid qardaşlar haqqında videoreportaj: https://www.youtube.com/watch?v=-rVM2_1HcFA&t=245s

Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar
Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar
Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar
Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar
Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar
Lerikdə şəhidin doğum günündə məzarı və ailəsi ziyarət olunub - Fotolar

Oxşar xəbərlər