Lerikdə tarix müəllimi Əlövsət İbadovun “60 illik“ yubileyi keçirilib- Fotolar

21 Sen 2021 13:28
262

Dünən Lerik rayon Kitabəli Həmidov adına Anbu kənd tam orta məktəbinin tarix müəllimi Əlövsət  İbadovun "60 illik" yubleyi ilə əlaqədar məktəbdə tədbir keçirilib

Ambur.az xəbər verir ki, bu barədə məktəbin "Facebook" səhifəsində paylaşılıb. 

Tədbirdə məktəb kollektivi ilə birgə Lerik RTŞ-nin müdiri Zöhrab Salayev, RTŞ-nin məsləhətçisi Asiman Əkbərzadə, "Uğur" kollektivinin müəllim heyəti və digər qonaqlar iştirak edib.

Məktəbin direktor işlərini müvəqqəti icra edən Sabir İbadov, şəhid kapitan Əbulfəz Rəhmətovun atası Hüseynverdi Rəhmətov, digər tədbir iştirakçıları çıxış edərək Əlövsət müəllimi təbrik edib və onun fəaliyyətini yüksək dəyərləndiriblər.

Sonda Əlövsət İbadov təhsildə əldə etdiyi naliyyətlərə görə RTŞ-i tərəfindən təltif olunub.

Oxşar xəbərlər