Lerikdə torpaq sürüşməsi 10 evi qəzalı vəziyyətə saldı- Fotolar

12 Yan 2021 02:20
82

Lerikin rayonunun ucqar dağ kəndlərindən olan, dəniz səviyyəsindən təxminən 160 metr hündürlükdə yerləşən Veri Əliabadı kəndində torpaq sürüşməsi baş verib.

Ambur.az bildirir ki, təbii hadisə nəticəsində ev sayı 80 olan kəndin 10-a yaxın evi qəzalı vəziyyətə düşüb.

Sakinlərin dediyinə görə, çay boyunca 1 km-ə yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib:

"Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri də hadisə yerinə gəlib, ərazidə monitorinqlər aparıblar".

Əraziyə cəlb olunan mütəxəssislər qəzalı evlərdə yaşamağın vətəndaşlara təhlükəli olmasını izah ediblər.

Oxşar xəbərlər