Lerikdə turist avtobusu qəzaya uğrayıb, 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb - VİDEO + YENİLƏNİB 2

04 Sen 2022 13:29
273

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində yaralananların adları məlum olub.

Ambur.az-ın “Report”a istinadən məlumatına görə, qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: 

- Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü)

- Kərimova Nazilə Ağəli qızı (1958)

-Fərəcova Şərafət Ənvər qızı (1959)

- İbrahimova Əsbət Ağabala qızı (1952)

- Qurbanova Gülər Məmmədağa qızıdır (1959).

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.

Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***
17:03

Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər, qayıdarkən Lerik rayonunun Günəşli kəndində qəzaya düşüblər.

Ambur.az APA-ya istinadən xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.

Lerik rayon icra hakimiyyəti Fövqəladə Hallar komissiyasının sədri Habil Məlikov APA –ya xəbəri təsdiqləyib.

Hazırda faktla bağlı araşdırma aparılır.

***
16:40

Lənkəran- Lerik yolunda Günəşli kəndi ərazisində ağır qəza olub.

Ambur.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, qəzaya uğrayan 50 nəfərlik turist avtobusudur. 5 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığı bildirilir.

Hazırda bütün yaralı və ölənlər Lənkəran rayon mərkəzi xəstəxanasına aparılır.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər