Lerikdə Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - Fotolar

11 May 2022 18:47
80

Mayın 10 - da Lerikdə Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.

Ambur.az xəbər verir ki, öncə rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, mədəniyyət müəssisələrinin, Lerik rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ağsaqqalları  müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ehtiramla ziyarət edərək abidə önünə tər çiçəklər düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Mərkəzdə sərgilənən Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar barədə tədbir iştırakçılarına məlumat verilib. Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbir iştirakçıları çıxış zamanı qeyd ediblər ki, Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində özünəməxsus rol oynamış Heydər Əliyev dövlətçilik konsepsiyasının, ənənələrinin yaradılmasında mühüm rol oynamış və adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır.

Oxşar xəbərlər