Lerikdə ümumrayon Novruz şənliyi keçirilib - Fotolar

21 Mrt 2022 10:06
286

Lerik Rayon İcra Hakimiyyətinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ümumrayon Novruz şənliyi keçirilib.

Ambur.az xəbər verir ki, şənlikdə Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, qazilər, şəhid ailələri, idarə, təşkilat və müəssisələrin kollektivləri, məniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bayram tonqalı ətrafında Mədəniyyət Mərkəzinin rəqs kollektivləri, milli geyimli oğlan və qızlar rəqs ediblər. Novruz şənliyinə Kosa, Keçəl və Bahar qızı xüsusi rəng qatıblar.
Lerik Dövlət Rəsm Qalereyasının təşkil etdiyi dekorativ- tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirin davamı Lerik rayon Mədəniyyət Mərkəzinin konsert zalında baş tutub.

Lerik şəhər İncəsənət Məktəbinin xor kollektivi, Piran kənd folklor klubunun, Noda kənd folklor evinin, Cəngəmiran kənd diyarşunaslıq evinin, Monidigah kənd folklor evinin rəqs qrupları, “Rəfti” Xalq yaradıcılıq kollektivi, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin “Nənələr” folklor kollektivi, ustad aşıq Məhəmməd Cəbiyev və aşıq Tarverdi Ağayev,  müğənnilər Səmayə Ağayeva, Səyyad Əhədov, Fikrət Nuriyev, Əkbər Ağazadə maraqlı və şən əhval-ruhiyəli konsert proqramı ilə çıxış ediblər.

Oxşar xəbərlər