Lerikdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun adına olan parkın açılışı olub - Fotolar

10 Sen 2021 16:49
270

Bu gün Lerikdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Amid Heydərovun adına olan parkın açılışı olub.

Ambur.az-ın məlumatına görə, park Heydər Əliyev Mərkəzinə yaxın yerdə istifadəyə verilib.

Parkın açılışında şəhidin ailə üzvləri ilə yanaşı rayon İcra Hakimiyyətinin rəsmiləri, SHXÇDX-nin Lerik rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri də iştirak edib. Bundan başqa şəhidin hərbçi yoldaşları, rayon sakinləri, rayondan olan başqa şəhid valideynləri də iştirak edib. 

Açılış saat aat 10:30 da başlayıb və 13:15-də başa çatıb. 

Qeyd edək ki, Amid Rəbbil oğlu Heydərov 20 may 1988-ci ildə Lerik şəhərində anadan olmuşdur.2016-ci ilin aprel döyüşlərində göstərdiyi xüsusi qəhramlığına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən vaxtından əvvəl kapitan rütbəsi verilir. Lələtəpə yüksəkliyinə ilk çıxan tankçı 2020-ci ilin "Tovuz döyüşləri"nin də iştirakçısı olmuşdur. O, döyüşlərdə fəal iştirak etdiyinə görə korpus komandiri tərəfindən mayor rütbəsinə qalxmış və Füzuli rayonunun "N" saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin olunmuşdur. 2020-ci il 27 sentyabr ayından etibarən başlayan II Qarabağ müharibəsində Lələtəpə istiqamətindən girmiş və Cəbrayıl rayonunun 8 kəndinin alınmasında fəal iştirak etmiş, böyük şücaətlər göstərərək düşmənin çoxlu sayda, canlı qüvvəsini, tankını və digər döyüş texnikalarını sıradan çıxarmışdır. Sonda Cəbrayıl rayonunun Nuzgar kəndi istiqamətində gedən şiddətli döyüşlərdə ordumuzun iki tankı vurulur. Amid digər bir tank heyyəti ilə birlikdə vurulan tankların şəxsi heyyətini xilas etmək üçün irəli çıxır və tanklar vurulan istiqamətə hücuma keçir. O, döyüşdə tək başına düşmən postuna irəliləyərək bütün mərmilərini istifadə edir. Qeyri-bərabər döyüşdə igid komandir, tank komandiri, hərbi hissə komandiri, mayor Heydərov Amid oktyabr ayının 3-də qəhrəmancasına şəhid olur. 

Oxşar xəbərlər