Lerikdə XTQ zabiti, şəhid Yaqublu Əliqismətin xatirəsinə idman yarışı keçirilib - Fotolar

09 Apr 2022 16:39
425

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, XTQ Kimya Xidmət Rəisi, Şuşa fatehi, şəhid baş leytenant Yaqublu Əliqismət Mükafat oğlunun bu il aprel ayının 18-də 30 yaşı tamam olur. Bu münasibətlə, aprel ayının 7-də Lerikdə Əliqismət Yaqublunun xatirəsinə həsr olunmuş idman yarışı keçirilmişdir.

Ambur.az xəbər verir ki, yarış “Lerik FİCHT Club”un rəhbəri Rizvan Abayevin təşkilatçılığı ilə  “qaydasız döyüş” idman növü üzrə keçirilmişdir.

İdman yarışına şəhid baş leytenant Əliqismət Yaqublunun valideynləri, şəhid ailələri, Lerik Rayon İcra Hakimiyyəti Başçısının müavini Habil Məlikov, İcra Aparatının kollektivi, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər tamaşa etmişlər.

Şəhidin xatirəsinə həsr olunmuş idman tədbirini giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov açıb. Sonra Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov və digər çıxış edən natiqlər, şəhidin həyat və döyüş yolu haqqında danışıb. Məktəbli Elmin Zülfiyev şair Qəhrəman Əliyevin şəhid baş leytenant Əliqismət Yaqubluya həsr etdiyi “Cənab leytenant” şeirini səsləndirib.

Daha sonra şəhid atası Mükafat Yaqubov çıxış etmiş və çıxışından sonra yarışın başlanması üçün start komandası vermişdir.

Bir çox idmançının iştirak etdiyi yarışda 5 nəfər qalib olmuşdur. I yeri tutan qaliblər Əliqismət Yaqublunun fotoşəkli həkk olunmuş qara kəmərlə mükafatlandırılmışlar. Əliqismət Yaqublunun  fotosu həkk olunmuş digər simvolik  qırmızı kəmər şəhidin atası Mükafat Yaqubova təqdim olunmuşdur.

Qeyd edək ki, Əliqismət Mükafat oğlu Yaqublu 18 aprel 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində, müəllim ailəsində anadan olmuşdur. 2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə baş leytenant Əliqismət Yaqublu da Xüsusi Təyinatlının zabiti kimi qatılır və torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərmişdir.

Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn igid zabit Əliqismət Yaqublu 05 noyabr 2020-ci ildə Daşaltıda gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər