Lerikdəki qəzada xəsarət alanların son vəziyyəti açıqlandı

05 Sen 2022 08:03
69

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Ambur.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xəstəxananın Reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Oxşar xəbərlər