Lerikdən olan Vəfa buraxılış-qəbul imtahanında yüksək nəticə göstərib - I qrup üzrə respublika ikincisi olub

10 Avq 2022 05:14
138

Əslən Lerik rayonu Dızdipok kəndindən olan Vəfa Qafarzadə bu il keçirilən buraxılış-qəbul imtahanında yüksək nəticə göstərib.

Ambur.az xəbər verir ki, Bakı şəhər, Xəzər rayonu Binə qəsəbəsi 326 nömrəli tam orta məktəbin məzunu olan Vəfa Qafarzadə bu il keçirilən buraxılış-qəbul imtahanında birinci qrup üzrə 697.3 bal toplayıb.

Bu göstərici Bakı şəhəri üzrə birinci qrupa imtahan verən abituriyentlər arasında ən yüksək nəticədir. Bu nəticə ilə I qrup üzrə respublika ikincisi olub.

Qeyd edək ki, Vəfa Qafarzadə Bakı Ali Neft Məktəbini seçim edib. 

Təbrik edirik!

Oxşar xəbərlər