Lerikdən olan Vətən müharibəsi qazisinə avtomobil təqdim olunub- VİDEO

28 Sen 2021 07:26
669

Lerik rayonunda anadan olan Vətən müharibəsi qazisi Elvin Abbaszadəyə avtomobil təqdim olunub

Ambur.az xəbər verir ki, dünən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 44 Vətən Müharibəsi qazisinə avtomobil təqdim olunub. Onların arasında qazi Elvin Abbaszadə də var.

Elvin Namiq oğlu Abbaszadə 07 may 1995-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1996-cı ildə valideyinləri ilə birlikdə Bakı şəhərinə köçüblər. 

27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsində könüllü iştirak etmək üçün sentyabrın 29-da özü Lerik rayon Hərbi komissarlığına gedərək, qeydiyyatdan keçir və döyüşə yollanır. Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə Elvin də digər döyüşçülər kimi düşmənə qarşı vuruşur. Bununla yanaşı Elvin böyük şücaət göstərərək həm də yaralı əsgərlərimizi döyüş meydanından çıxarmış və itkilərimizin çox olmaması üçün əlindən gələni əsirgəməmişdir. 08 oktyabr tarixində, səhər saatlarında gedən ağır döyüşlərdə Elvin ağır yaralanır. Güllə Elvinin kürək nahiyəsindən keçib və L2 fəqərəsini qıraraq çıxmışdır. 24 saat sonra ilk tibbi yardım göstərilərək Füzuli rayonunda yerləşən Əhmədbəyli Hospitalına gətirilir. 2 saat orada müalicə aldıqdan sonra ağır yaralandığından helikopter vasitəsilə Bakı Yeni Hospital xəstəxanasına gətirilir və 10-u əməliyyat olunur.

Prezidentin Sərəncamına əsasən, "Füzulinin azad olumasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. 

Oxşar xəbərlər