Lerikin Hamarat kəndində qar yolları bağlayıb, gediş-gəliş yoxdur - Fotolar

21 Mrt 2022 10:09
316

Lerik rayonuna yağan güclü qar rayonun Hamarat kəndinin yollarını bağlayıb, kəndə gediş-gəliş dayanıb

Ambur.az xəbər verir ki, Lerik rayonuna yağan aramsız qar müxtəlif fəsadlar törədib. 

Rayonun əksər kəndlərində işıqlar yanmır, internet yoxdur. Ən əsası isə, kəndlərdə bütün yollar bağlıdır, kənd sakinlərinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi tam kəsilib.

Belə kəndlərdən biri də rayon mərkəzindən uzaqda yerləşən Hamarat kəndidir. Kənd sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, kənddə həyat iflic vəziyyətdədir.  Əlaqədar təşkilatlarlara olunan müraciətlər isə cavabsız qalıb.

Məsələ ilə bağlı ambur.az saytı olaraq Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini həyata keçirən Cəlil Baxşıyevlə əlaqə saxlamaq istəsək də, zəngimizə cavab verən olmadı.

Oxşar xəbərlər