Lerikli gənc rəssam - Əminə Babayeva

11 Sen 2021 16:44
948

26 yaşlı lerikli gənc rəssam -Əminə Babayeva

Ambur.az-ın məlumatına görə, Əminə Valeh qızı Babayeva 22 yanvar 1994-cü ildə Lerik rayonunda anadan olub. 2000-ci ildə Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbin birinci sinfinə gedib və 2011-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Uşaqlıqdan rəssamlığa böyük həvəsi olduğundan 9-cu sinifdən rəssam yanına getməyə başlayıb və beləliklə arzusuna çataraq bu peşəyə yiyələnib. Bir çox sərgilərdə, dövlət tədbirlərində iştirak etmiş və "Fəxri fərman"la təltif edilib. Əvvəllər mənzərə şəkilləri çəksə də, amma ilk portretini Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovdan başlayır. Şəhid baş leytenant Mükafat Yaqublu, şəhid leytenant Əmrah Əkbərov, şəhid Mövlanov Altay və Elgün qardaşları, şəhid mayor Ramil Ağayev, şəhid əsgər Elnur Talıbov, şəhid əsgər Ağamaid Ağacəfərli, şəhid kapitan Cəlil Cavadov və başqa şəhid şəkilləri çəkmişdir. Bu günə kimi 100-dən çox şəhid şəkli çəkmiş, ailələrinə təqdim etmişdir. Hal-hazırda Bakıda yaşayır və bu peşəni davam etməkdədir. 

Oxşar xəbərlər