Leyla müəllim “Ulduzlarını“ yenidən sevindirib: “Mümkünsüzü mümkün etdik“ - VİDEO

09 Fev 2022 17:44
197

Leyla Qarazadə "Ulduzlarını" yenidən sevindirdi

Ambur.az-ın xəbərinə görə, Lənkəranın Jidi kənd məktəbində müəllim işləyən Leyla Qarazadə "Ulduzlarını" yenidən sevindirib.

Belə ki, o, kənd məktəbinin şəhər mərkəzindən 45 km uzaq məsafədə yerləşdiyini, uşaqlar üçün kino zalı və kinoteatrın mümkünsüz olduğunu nəzərə alaraq, qonşu məktəbdən  proyektor almış, uşaqlar üçün məktəbdə maraqlı ortam hazırlamış və bunu videoya çəkərək özünün "Facebook" hesabında paylaşmışdır.

Videnu paylaşaraq qeyd edib:
"Bildiyiniz kimi məktəbimiz şəhər mərkəzindən 45 km məsafədə yerləşir.
Uşaqlar üçün kino zalı, kinoteatr mümkünsüz idi.
Amma biz nə etdik????
Mümkünsüzü mümkün etdik
Qonşu məktəbdən proyektor alaraq onlar üçün belə bir ortam hazırladım.
Qarlı, soyuq hava olmasına baxmayaraq hər biri böyük həvəslə gəlmişdi.
Çöldə qar, içəridə isə böyük ailə
Sizi sevirəm.
İstirahət günümüz belə keçdi
Mənim yerdəki ulduzlarım".

Oxşar xəbərlər