Mahir Emreli “Qarabağ“dan ayrılır

20 May 2021 00:16
149

"Qarabağ"ın futbolçusu Mahir Emreli Ağdam klubundan ayrılır.

Ambur.az Report-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, 24 yaşlı hücumçunun mövqeyinə yeni oyunçu tapmaq asan olmayacaq.

Qeyd edək ki, "Qarabağ"la müqaviləsi başa çatan Mahir Emrelinin Polşanın "Legiya" klubuna keçəcəyi gözlənilir.

Oxşar xəbərlər