Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

12 May 2021 14:10
48

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.


Ambur.az Modern.az-a istinadən xəbər verir ki, Əhmədinejad tərəfdarlarının müşayiəti ilə Daxili İşlər Nazirliyinin nəzdindəki qeydiyyat mərkəzini ziyarət edib, qeydiyyat formalarını doldurub. 

Mahmud Əhmədinejad 2005-2013-cü illərdə prezident postunu tutub.

İranda namizədlər üçün mayın 11-də başlanmış qeydiyyat prosesi 5 gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq.

Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçkinin iyunun 18-də keçirilməsi planlaşdırılıb.

Hazırkı prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan təkrar namizədliyini verə bilməz.

Oxşar xəbərlər