Masallı Onbirillik İncəsənət məktəbində hesabat konserti keçirilib - Fotolar

18 İyn 2022 16:30
72

Masallı Onbirillik İncəsənət məktəbində 2021-2022-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat konserti keçirilib.

Ambur.az xəbər verir ki, əvvəlcə iştirakçılar məktəbin foyesində təşkil olunmuş rəsm sərgisinə baxıblar.

Tədbiri giriş sözü ilə açan Masallı Onbirillik İncəsənət məktəbinin direktoru Fərhad Qurbanov tədbir iştirakçılarını salamlayaraq, məktəbin cari ildəki ümumi fəaliyyətindən danışıb.

Sonra tədris ilində fərqlənən şagirdlər Təşəkkürnamələrlə təltif edilib.

Hesabat konsertində şagirdlər yerli və xarici bəstəkarların əsərlərini ifa ediblər.

Oxşar xəbərlər