Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edilib

11 Dek 2021 12:36
149

Dekabrın 9-da Masallı rayonunun Təzə Alvadı kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edilib.

Ambur.az xəbər verir ki, ilk öncə muzeyin əməkdaşı Heyran Lələyeva məktəblilərə regionun tarixi, adət-ənənələri, sənətkarlıq sahələri, məişəti, tanınmış ziyalıları, müharibə iştirakçıları və Vətən Müharibəsi Qəhrəmanları haqqında geniş məlumatlar verib.

Sonra Muzeyin direktoru Əntiqə Tağıyeva ulu öndərin həyat yolu və fəaliyyəti haqqında çıxış edib. Ə. Tağıyeva bildirib ki, son illər ərzində ölkəmizin ictimai-siyasi, mədəni və sosial həyatında müşahidə edilən inkişaf dinamikası ümummilli lider Heydər Əliyevin müəllifi olduğu siyasi kursla bilavasitə bağlıdır.

Daha sonra məktəblilər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.

Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edilib
Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edilib
Masallı Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edilib

Oxşar xəbərlər