Masallı Xalq teatrında ”Şərəfli döyüş yolu” tamaşası oynanılıb - Fotolar

21 Mrt 2022 09:04
165

Martın 11-də Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin birgə əməkdaşlığı ilə şəhidlərin unudulmaz xatirəsinə ithaf olunmuş "Şərəfli döyüş yolu" adlı tamaşa oynanılıb.

Ambur.az xəbər verir ki, ssnari müəllifi yazıçı Pərvanə Ziyadova olan teatr kompozisiyası rayonun Şərəfə kəndində dünyaya göz açmış şəhidlərə həsr olunub. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi ilə hazırlanan tamaşanın nümayişində şəhid ailələri, ziyalılar, tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə, Vətən uğrunda həyatından keçmiş şəhidlərin əziz ruhları ehtiramla yad olunub.

Sonra ədib Pərvanə Ziyadova və Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova çıxış ediblər. Natiqlər dövlət səviyyəsində şəhid ailələrinə göstərilən mənəvi və sosial dəstək tədbirlərindən, şəhidlərin əziz tutulması və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən, habelə gənc nəslin vətənpərvərlik tərbiyəsi və digər aktual mövzulardan söhbət açıblar.

Sonra "Şərəfli döyüş yolu" tamaşasının nümayişinə başlanılıb.

Teatr kompozisiyasında Birinci Qarabağ və Vətən müharibələrində igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış şəhidlərin həyat və şərəfli döyüş yoluna işıq tutan səhnələrə yer verilib. Eyni zamanda, vətən oğullarının qəhrəmanlığını öyən monoloqlar deyilib, vətənpərvərlik və müqəddəs şəhidlik məqamını vəsf edən şeirlər səsləndirilib. Daha sonra sevilən incəsənət ustası Ruslan Zahidov həzin musiqilər ifa edib.

Xatırladaq ki, tamaşaya rejissor Cəmaləddin Əliyev tərəfindən quruluş verilib.

Oxşar xəbərlər