Masallı Xalq teatrında “Şuşa - açılan səhərim“ tamaşası təqdim olunub - Fotolar

09 Fev 2022 18:58
70

Fevralın 8-də Masallı Xalq teatrında növbəti tamaşanın təqdimatı olub.

Ambur.az-ın xəbərinə görə, Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan olunması ilə əlaqədar səhnələşdirilən "Şuşa - açılan səhərim" adlı tamaşada obrazları adıçəkilən teatrın sənət ustaları və Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyor kollektivi canlandırıb. Karantin rejiminin şərtlərinə riayət edilməklə baş tutan təqdimatda rəsmi şəxslər, mədəniyyət işçiləri, tələbələr və digərləri iştirak edib.

Təqdimatdan əvvəl ölkəmizin ərazi bütövlüyü, eləcə də Şuşa şəhərinin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz ruhları ehtiramla yad olunub.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirdə cari təqvim ilinin ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmasının əhəmiyyəti barədə fikirlərini ifadə edib. O, çıxışında Şuşa şəhərinin xalqımızın siyasi və mədəni tarixindəki yeri haqda bəhs edib, habelə bu əsrarəngiz sənət ocağının mədəniyyətimizə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən söhbət açıb.

Daha sonra "Şuşa - açılan səhərim" tamaşası teatrsevərlərə təqdim edilib. Tamaşada Şuşa şəhərinin mədəni mühiti və tanınmış sənət adamlarının ictimai-mədəni fəaliyyətini əks etdirən səhnələrə yer verilib. Eyni zamanda, səhnə işində şəhərin uzun işğal dönəmi və azadlığına qovuşması mövzuları monoloq və şeir kompozisiyaları vasitəsilə tamaşaçıların nəzərinə çatdırılıb.

Əlavə edək ki, N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində səhnəyə qoyulan tamaşanın quruluşu rejissor Cəmaləddin Əliyevə, səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.

Oxşar xəbərlər