Masallıda 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığın şanlı yolu“ adlı tarix dərsi kecirilib

17 Yan 2022 09:42
123

Yanvarın 14-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar "Azadlığın şanlı yolu" adlı tarix dərsi kecirilib. 

Ambur.az-ın xəbərinə görə, dərsdə rayonun Ərkivan qəsəbəsi 2 saylı tam orta məktəbinin şagirdləri iştirak ediblər. Dərs faciə qurbanlarının və Vətən uğrunda canlarından keçmiş Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tarix dərsində Muzeyin direktoru Əntiqə Tağıyeva 1990-cı il Qanlı Yanvar faciəsi ilə bağlı tarixi faktları qeyd edib, həmçinin dönəmin siyasi vəziyyəti, faciənin günahkarları və hadisələrin tariximizdəki yeri barədə geniş bəhs edib.

Sonra məktəblilərlə 20 Yanvar faciəsi ilə bağlı müzakirələr aparılıb, sərgiyə baxış keçirilib.

Oxşar xəbərlər