Masallıda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

15 Yan 2022 04:37
131

Yanvarın 14-də Masallı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Qanlı yanvar” adlı tədbir keçirilib.

Ambur.az-ın xəbərinə görə, təbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.

Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. 20 Yanvar faciəsində xalqımızın yaşadığı müsibətlər nə qədər ağrılı olsa da, milli azadlıq mücadiləsinin şərəfli səhifəsi kimi əbədi olaraq tarixin yaddaşına həkk olunmuşdur.

Muzeyin direktoru Əntiqə Tağıyeva çıxışında vurğulayıb ki, Azərbaycanda müstəqil və demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş 147 nəfrin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir.

Kitabxananın əməkdaşı Arzu Hüseynova və Muzeyin əməkdaşı Sevinc Əliyeva diqqətə çatdırıblar ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı qətlə yetrilmiş  həmvətənlərimizin əziz xatirəsi hər zaman izzət və ehtiramla yad edilir, şəhidlərimiz unudulmur.

Masallıda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
Masallıda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
Masallıda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
Masallıda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər