Masallıda 44 yaşlı kişi itkin düşüb - FOTO

12 Yan 2022 11:39
232

Masallı rayonunda 44 yaşlı kişi itkin düşüb.

Ambur.az xəbər verir ki, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.

Qalib Cəbiyevin əlamətləri bunlardır: orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkçə olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 

Oxşar xəbərlər