Masallıda 6 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanının adı verilib

04 Noy 2021 12:30
296

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb.

Ambur.az xəbər verir ki, qərara əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib.

Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına bu Qərardan irəli gələn məsələlərin həll edilməsinə dair tapşırıq verilib. Tapşırığa əsasən Masallı şəhəri 6 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adı verilib.

Oxşar xəbərlər