Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallı rayonunda qətl törətməkdə təqsirləndirilən Ariz Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Ambur.az "Report"-a istinadən xəbər verir ki, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2021-ci il avqustun 28-də Masallı rayonunda qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü A.Ağayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Elza Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qətlə yetirib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.