Masallıda “Cənub incisi“ vokal-instrumental ansamblı yaradılıb

05 Mrt 2022 12:01
137

Masallıda yeni musiqi kollektivi - "Cənub incisi" vokal-instrumental ansamblı yaradılıb. 

Ambur.az xəbər verir ki, tərkibi mədəniyyət işçilərindən formalaşdırılmış kollektivin yaradılması ilə bölgədə musiqi ənənələrinin yaşadılması, milli musiqi sənətimizin parlaq nümunələrinin qorunması və təbliğinə töhfə vermək hədəflənir.

"Cənub incisi" vokal-instrumental ansamblı Masallı Regional Mədəniyyət İdarəsi və tabe qurum olan N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək bayram və əlamətdar günlər, ölkədaxili və xaricdə qastrol səfərləri və digər mədəni-kütləvi tədbirlərdə konsert proqramları ilə çıxış edəcək.
Ansamblın repertuarı xalq mahnıları, muğam, estrada və digər musiqi janrlarını əhatə edir.

<span>Masallıda “Cənub incisi“ vokal-instrumental ansamblı yaradılıb</span><span xss=removed> </span>

Oxşar xəbərlər